Sinəsini AÇDI, Kanal dərhal BAĞLANDI -

Məşhur e-ticarət və texnologiya şirkəti Amazonun ispan dilli Twitch kanalı müvəqqəti bağlanıb.

Metbuat.az xəbər verir ki, buna səbəb canlı yayım zamanı iştirakçılardan birinin sinəsini açması olub.

Belə ki, Henar Alvarez adlı canlı yayım iştirakçısı sinəsini açdıqdan dərhal sonra şirkət kanalı müvəqqəti bağlayıb. Qadağadan 24 saat sonra kanal, canlı yayımın təkrarı silindikdən sonra yenidən açılıb. Lakin şirkətdən skandalla bağlı hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, Twitch-də çılpaqlığa qəti şəkildə icazə verilmir. Ən xırda çılpaqlığa görə kanallar bağla bilir. Ancaq belə skandal hərəkətlərə görə, şirkətin öz kanalını bağlaması ilk dəfə baş verir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR