Azərbaycanda avtomobil daşıyan yük maşını qəzaya düşdü - FOTOLAR

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində, Gorançayın üzərindəki körpüdə qeydə alınıb.

Üzərində 5 minik, 1 yük maşını olan iritonnajlı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə maşını Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb.

Zərbənin gücündən avtomobillərdən biri yük maşından düşərək əzilib, digərləri isə zədələnib.

Sürücüyə hadisə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.

Yol infrastrukturuna da ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR