"Son aylarda koronavirusdan ölüm və yoluxma sayı azalıb" -

"Azərbaycanda yoluxma sayında ciddi azalma müşahidə olunur".

Metbuat.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"Bu ilin son ayının dörd həftəsində yoluxmalar arasında 59 %, ölüm sayında isə 39 % azalma müşahidə olunub". Ölkədə yenə də ən çox pozitiv nəticələr Bakı və Abşeronda qeydə alınıb. Bakıda da daha çox Xətai və Binəqədi rayonu ərazisində qeydə alınıb. Vəziyyəti stabil olaraq qiymətləndiririk, nəzarət altındadır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR