Novruz Məmmədov FİFA-dan yazdı

Novruz Məmmədov FİFA-dan yazdı
11:36 30 May 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

"Çox maraqlıdır, siyasət aləmində işlədilən "priyom"lar artıq idman sahəsində də asanlıqla tətbiq olunur".

ANS PRESS-in məlumatına görə, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsindən yazıb.

PA rəsmisi qeyd edib ki, gizli səsvermə olduğu üçün görünür səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi.

Xatırladaq ki, dünən İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib. Seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutub. Bu vəzifəyə namizədlər qurumun hazırkı rəhbəri, 79 yaşlı Yozef Blatter və 39 yaşlı İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn olub. Prezident seçkilərində Azərbaycan da daxil olmaqla FİFA-ya üzv olan 209 ölkə əlifba sırası ilə səs verib.

İlk turda qurumun hazırkı prezidenti Yozef Blatter 133 səs toplayıb. İkinci namizəd Əli ibn Əl-Hüseyn 73 səs yığıb. Üç büllleten isə etibarsız sayılıb.Yeni prezidenti müəyyənləşdirmək üçün ikinci tur keçirilib.

"QORDON" nəşrinin müxbiri bildirib ki, səsvermənin ikinci turunun nəticəsinə görə Blatter rəqibi Əli ibn Əl-Hüseyndən daha çox səs yığaraq yenidən FİFA prezidenti seçilib. Son günlər FİFA-ya qarşı təzyiqlər artmaqda idi. Yozef Blatterin ali qitə qurumunun yenidən prezidenti seçilməsi bəzi dairələrin ciddi narahtığa səbəb olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR