Xəzər dənizinin səviyyəsi 2005-ci ildən enir.
Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, dənizin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib: "Ən çox düşmə bu il qeydə alınıb. Bu il Xəzərdə suyun səviyyəsi 30 sm enib".
U. Tağıyeva 2021-ci ilin yekununda səviyyənin daha da aşağı enəcəyinin gözlənildiyini bildirib:
“Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə 2022-ci ilin mart ayında seminarın keçirilməsi planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur”.