Azərbaycanda alim vəfat etdi

Görkəmli kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biometrik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov vəfat edib.

Metbuat.az xəbər verir ki, alim bu gün ölüb.

Qeyd edək ki, Sərdar Bahadur oğlu Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində anadan olub.

S.Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb.

O, 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)