Bakıda 2 yaşlı uşaq oğurlanıb

Metbuat.az-ın məlumatına görə, dekabrın 29-da Sabunçu rayonu ərazisində R. Şıxəliyevanın oğlu, iki yaşlı Məhəmmədin naməlum qadın tərəfindən oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma başlanılıb və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.