Əsirlikdən qayıdan Bayrama mənzil verildi -

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

Nazir müavini 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və bu müharibənin əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına da mənzillər verildiyini deyib. Postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərini qeyd edən V.Nəsirli artıq şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət olmaqla artıq 41 min şəxsə 47 min xidmət göstərilib.

Qeyd edək ki, mənzillə təmin edilənlər arasında Vətən müharibəsi zamanı düşmənin əsir götürdüyü və bir aya yaxın Ermənistanda əsirlikdə qaldıqdan sonra ötən ilin dekabrında Vətənə qaytarılan Bayram Kərimov da var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR