Nazirlik daha 50 nəfəri istirahətə yola saldı

Nazirlik daha 50 nəfəri istirahətə yola saldı
11:49 30 May 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həmin şəxslərdən 50 nəfərini də Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, məqsəd əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkil etməkdir.

 

Son 2 ayda ƏƏSMN tərəfindən 476 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb. Onlardan 286 nəfəri Lənkəran, 190 nəfəri Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin mərkəzlərdə eyni zamanda müalicəvi bədən tərbiyəsi, müxtəlif fizioterapevtik müalicə prosedurları həyata keçirilir ki, əlilliyi olan şəxslər istirahət zamanı bu müalicələrə cəlb olunurlar. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. təşkil edilir.

 

Əlilliyi olan şəxslərin istirahətinin təşkili nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilir. Proqrama uyğun olaraq, cari ilin yaz-yay mövsümündə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrinə istirahətə göndərilməsi nəzərdə tutulub. Onların istirahət və sağlamlıq mərkəzlərinə, gəzinti turlarına aparılıb-gətirilməsi xüsusi ayrılmış nəqliyyat vasitəsilə təmin olunur. Əlilliyi olan şəxslərin yola salınması zamanı onlar göstərilən diqqət və qayğıya, o cümlədən yaz-yay aylarında onlara respublikanın füsunkar təbiətə malik bölgələrində mənalı istirahət etmək imkanı yaradıldığına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR