XİN Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verdi

Xarici İşlər Nazirliyi tanınmış ictimai xadim Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verib.

Nazirlikdən Metbuat.az-a verilən məlumatda deyilir:

"Azərbaycan Respublikasının ictimai xadimi, tanınmış tarixçi və diplomat Ramiz Abutalıb oğlu Abutalıbovun dünyasını dəyişməsi ilə bağlı Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı bildiririk. Allah rəhmət eləsin!".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR