Azərbaycanda ailə qurmaq istəyən şəxslərin DİQQƏTİNƏ

Azərbaycanda ailə qurmaq istəyən şəxslərin DİQQƏTİNƏ
12:05 30 May 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər üçün iyunun 1-dən tətbiq edilən məcburi tibbi müayinə prosedurunun aparılması məqsədilə tələb olunan xəstəliklərin siyahısı gələcəkdə genişləndirilə bilər.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçəcəklər. Ailə qurmağa hazırlaşan hər kəs həmin siyahıdakı xəstəliklər üzrə klinik və laborator müayinələrdən keçəcək, onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər veriləcək. Bu qaydalar nikaha daxil olmaq isləyən, ölkəmizdə daimi yaşayan vələndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil ediləcək.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında Mərkəzi Rayon xəstəxanalarının və ya Şəhər xəstəxanalarının, Şəhər Səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçiriləcək.

Müayinələr pulsuz olacaq. Bu işə nəzarət həmin müəssisələrin rəhbərlərinə həvalə olunub. Əgər ailə quran tərəflərdən biri azadlıqdan məhrum edilibsə, həmin şəxsin müayinəsi və ona lazımi məsləhətlərin verilməsi cəzaçəkmə müəssisəsinin tibb xidmətinin üzərinə düşəcək.

Nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinələrin nəticələri haqqında ayrı-ayrılıqda məlumat veriləcək və onlar bu barədə bir-birini məlumatlandıracaqlar. Cütlüyə onların yazılı razılıqlarına əsasən həkim məsləhəti veriləcək, lazım gələrsə, onlar tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması üzrə konsultasiya olunacaqlar.

Onlara müayinələrinin cavabları ilə yanaşı, tələb olunan quruma təqdim etmək üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da təqdim ediləcək. Arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonrakı iki həflə ərzində veriləcək və onun etibarlılıq müddəti bir aydır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/347333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR