Dünyanın ən varlı sakini İlon Maskın sərvəti yenidən 300 milyard dolları keçdi

Amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti ikinci dəfə 300 milyard ABŞ dollarını keçib.

Metbuat.az xəbər verir ki, real vaxt rejimində yenilənən milyarderlərin “Forbes Real-Time”dakı siyahısına əsasən, Maskın sərvəti bir gündə 32,6 milyard ABŞ dolları artaraq 304,2 milyard dollar təşkil edib. Beləliklə, o, dünya milyarderləri reytinqində liderliyini qoruyub saxlamaqda davam edir.

2021-ci ilin noyabr ayında “Tesla”nın səhmlərinin qiymətləri tarixi rekorda çatdıqda Mask tarixdə 300 milyard ABŞ dolları sərvətə sahib olan ilk şəxs olub.

O, keçən ilin oktyabrında 257,6 milyard dollar sərvətlə “Forbes” tarixinin ən varlı adamı olub. Bundan əvvəl “Amazon”un qurucusu Ceff Bezos tarixin ən böyük sərvətinə malik şəxs hesab olunurdu - onun sərvəti 212 milyard dollar həddinə çatmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR