“Liverpul” məşq mərkəzini bağladı

“Liverpul” məşq mərkəzini müvəqqəti bağlayıb.

Metbuat.az xəbər verir ki, İngiltərə klubu koronavirus pandemiyası səbəbindən belə addım atmağa məcbur olub.

Komandada yoluxanların artması mersisasylıları sərt tədbirə əl atması ilə nəticələnib. Son testlərdən bir neçəsində də infeksiya şübhəsi üzə çıxıb.

Bunadək isə baş məşqçinin köməkçisi Pep Lindersin testi müsbət nəticə verib. Baş məşqçi Yurgen Klopp və bir neçə futbolçu da artıq karantindədir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR