Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza yenidən

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Metbuat.az xəbər verir ki, səfirlil tviter hesabında müraciətdə yayıb:

“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.

Bu səbəbdən xatırladırıq ki, Səfirliyin nursultan@mission.mfa.gov.az elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR