Avropa Parlamentinin sədri

Avropa Parlamentinin sədri David Sassoli 65 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun sözçüsü Roberto Quill bildirib. O, qeyd edib ki, tanınmış siyasətçi və jurnalist İtaliyanın Aviano şəhərindəki onkoloji mərkəzdə 04.15-də dünyasını dəyişib.

Qeyd edək ki, Sassoli böyük siyasətə 2009-cu ilin yayında Demokratlar Partiyasının siyahıları ilə Avropa Parlamentinə deputat seçildiyi zaman daxil olub. O, Demokrat Partiyasının AP-dəki nümayəndə heyətinə rəhbərlik edib. Siyasətçi, 2014-cü ildə yenidən Avropa Parlamentinə seçilib, 2014-cü ilin iyulundan isə 5 il AP sədrinin müavini vəzifəsində çalışıb. 2019-cu ilin mayında keçirilən seçkilər nəticəsində o, üçüncü dəfə Avropa Parlamentinin deputatı, iyulun 3-də isə Avropa Parlamentinin sədri olub.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR