Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı

Azərbaycanda 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev "Sosial saat" verilişində bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb.

"Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir. Stajın daxil edilməsi həmin şəxslərin bəzilərinin pensiya hüquqlarını təmin etməyə imkan verir", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR