Təyyarədə MARAQLI HADİSƏ:

Belçikadan ABŞ-a uçan təyyarənin göyərtəsində maraqlı anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, belə ki, laynerin göyərtəsində saatlarla uçan quş sosial şəbəkələrdə ulduza çevrilib. Yayımlanan kadrlarda lələkli heyvanın təyyarənin salonunda xaotik şəkildə uçması, sonra baqaj bölmələrinin rəflərində oturması, sonra yenidən havaya qalxması əks olunub. Təyyarədə səyahət edən heyvanın çəkildiyi video qısa zamanda viral olaraq iki gündə 11,9 milyon baxış toplayıb. Bu görüntüləri izləyən sosial şəbəkə izləyiciləri “Amerikaya xoş gəldin, balaca dostum!”, “Təsəvvür edin ki, o, gömrükdə növbəyə durub, kiçik pasportunu axtarıb əsəbiləşir” deyə şərhlər yazıblar.

Metbuat.az həmin görüntüləri təqdim edir:

Aidə Fətəliyeva / METBUAT.AZ

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR