Yeni səhiyyə naziri KİMDİR? -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib.

Metbuat.az Teymur Yusif oğlu Musayev haqqında məlumatı təqdim edir:

O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2003-2004-cü illərdə Strasburq Universitetində, 2013-2015-ci illərdə isə RİSEBA Riqa Stradis Universitetində təhsilini davam etdirib.

2007-2015-ci illərdə N.Tusi adına Klinikada direktor, 2015-2018-ci illərdə Dobromed Baku Hospitalda direktor, 2016-2019-cu illərdə Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində Tibbi direktor, 2019-2020-ci illərdə İtaliyada, Medwellness SPA mərkəzində baş beynəlxalq məsləhətçi, 2020-ci ildən isə Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR