Dünya bazarında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Nyu-Yorkun NYMEX birjasında fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2.13% artaraq 3.88 ABŞ dolları təşkil edib.