Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

Metbuat.az xəbər verir ki, hazırda azad agent olan 30 yaşlı yarımmüdafiəçi "Brentford"la anlaşıb. Tərəflər arasında 3 gün ərzində rəsmi müqavilə imzalanacaq.

Klub təcrübəli oyunçunun tibbi müayinədən keçməsini gözləyir.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya "İnter"i olub.