Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlandı

Ötən il ərzində 10 min 943 şəxs barəsində amnistiya tətbiq edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.

K.Əliyev bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir.

"Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib", - K.Əliyev deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR