“Yol hərəkəti haqqında” qanuna velosipedlərlə bağlı

“Yol hərəkəti haqqında” qanuna "velosiped zolağı" və "velosiped yolu" anlayışları əlavə edilir.

Metbuat.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “velosiped zolağı” yolun hərəkət hissəsinin velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş uzununa nişanlama xətti ilə ayrılmış hissəsi, “velosiped yolu” isə avtomobil yolundan və ya avtomobil yolunun digər elementlərindən konstruktiv şəkildə ayrılan, velosipedlərin hərəkəti üçün işarələnmiş ayrıca yol hesab ediləcək.

Təklif edilən digər dəyişikliklə velosipedçinin vəzifələri də artırılır. Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped yolları ilə hərəkət edə biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR