Sabah bu yollar buz bağlayacaq -

Azərbaycanda yanvarın 26-da avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ayın 26-da gecə və səhər saatlarında Füzuli-Cəbrayıl-Mahmudlu, Naxçıvan-Şahbuz, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Masallı-Yardımlı, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Ağsu-Kürdəmir-Bəhramtəpə, Gəncə-Samux, Yevlax-Xocalı-Laçın, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Ağdam-Ağdərə, Yevlax-Zaqatala magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR