Sabah bu ərazidə su olmayacaq

Sumqayıtın bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Metbuat.az-a bildirilib ki, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən 450 millimetr diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 26-da gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə (1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlar, 34-cü, 45-ci və 47-ci məhəllələr, Corat qəsəbəsinin bir hissəsi, Yaşıldərə yaşayış massivi) içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR