Azərbaycanda nar bağlarının sığortası başlayıb

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə nar bağlarının sığortası başlayıb.

Bu barədə Metbuat.az-a Aqrar Siorta Fondundan məlumat verib.

2021-ci ilin dekabrında Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığota edilən bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. Digər meyvələrlə yanaşı, nar da aqrar sığorta edilən məhsulların siyahısına əlavə edilib.

Nar – son illər ölkəmizdə ən çox sürətlə yayılan və fermerlərə böyük gəlir gətirən bitkilərdəndir.

Hazırda Azərbaycanda 22 min hektardan çox nar bağı var. Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Saatlı, Sabirabad və digər bölgələrdir.

Nar ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə ən çox ixrac olunan məhsullardandır. 2021-ci ildə xaricə nar ixracı Azərbaycana 18 milyon ABŞ dollarından artıq gəlir gətirib .

Nar bağlarının sığortalanması üzrə aqrar sığorta haqları bağın yerləşdiyi regiondan, məhsuldarlıq səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Ölkənin müxtəlif regionlarında narın baza zərfi üzrə sığorta tarifləri 1,62 - 3,08 % arasında dəyişir.

Aqrar sığorta nar və digər meyvələri dolu; yanğın; zəlzələ, torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR