Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə heç-heçə edib

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Bununla da komandaqrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR