Acun Ilıcalı gürcü mütəxəssisi klubuna baş məşqçi təyin etdi

Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus İngiltərənin "Hall Siti" futbol komandasına yeni baş məşqçi təyin olunub.

Metbuat.az xəbər verir ki, gürcüstanlı mütəxəssis Şota Arveladze ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb. Şota Arveladze Türkiyədə "Trabzonspor", "Kayserispor" və "Kasımpaşa"nın baş məşqçisi olub.

Acun Ilıcalının komandası Arveladzeyə tapşırılıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR