Qırğızıstan və Tacikistan arasında atəşkəs: Hərbi qüvvələr geri çəkilir

Qırğızıstan və Tacikistan sərhəddə atəşkəsin tam təmin edilməsi üçün razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsindən açıqlama verilib. Razılaşmaya görə, tərəflər bölgəyə cəlb edilən əlavə hərbi qüvvələrini geri çəkəcək. Batek-İsfana quru yolunun açılması və xoşagəlməz hadisələrin qarşısını almaq üçün tərəflər birgə patrul xidməti həyata keçirəcək.

Qeyd edək ki, ötən gün iki ölkə vətəndaşları arasında baş verən toqquşma hərbçilər arasında qarşıdurmaya çevrilmişdi. Ölü və yaralıların olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR