Duman olacaq, görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar ayının 31-də gecə və səhər Bakı-Şamaxı-Yexlax, Bakı-Ələt-Astara, Yevlax-Zaqatala, Ağsu-Kürdəmir-Bəhramtəpə, Hacıqabul-Şirvan, Göyçay-Ucar, Ucar-Zərdab-Ağcabədi, Salyan-Neftçala, Xaldan-Mingəçevir, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Ağdam-Füzuli-Horadiz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR