"Neftçi" - "Qarabağ" oyununun vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli məlum olub.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Cari turda gerçəkləşəcək "Neftçi" - "Qarabağ" qarşılaşması fevralın 7-də saat 19:00-da start götürəcək.

7 fevral (bazar ertəsi)

16:00. “Keşlə” – “Zirə”
“ASK Arena”

19:00. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”

8 fevral (çərşənbə axşamı)

17:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”

19:15. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR