“Ötən gecə 3 fərqli bölgəni bombaladıq. Terrorçular qaçmaq üçün dəlik belə tapa bilmədilər”.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, hərbi əməliyyatlar “Qış qartalı” hərəkatı çərçivəsində həyata keçirilib. Ərdoğanın sözlərinə görə, terrorçular sərhədin o tayında məhv edilməsəydi, şəhərlərin təhlükəsizliyi zəmanət altına alınmasaydı indi bu vəziyyətə gəlib çatmaq mümkün olmayacaqdı.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatlara başlayıb.