Azərbaycanla və Bəhreyn arasında siyasi məsləhətləşmələr keçirilib

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Azərbaycan və Bəhreyn Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin ikinci raundu keçirilib.

Metbuat.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məsləhətləşmələrdə Bəhreyn tərəfini xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Al Xəlifə, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR