Gömrük nəzarətindən gizlədilən müxtəlif məhsullar aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən müxtəlif məhsullar aşkarlayıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Metbuat.az-a məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük-nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin arxa yük yerindəki çənin içərisində sellofan torbaların və karton qutuların olduğu müəyyən edilib.

Yoxlama zamanı 74 min 500 ədəd inyeksiya vasitəsinin ucluqları, 49 min 600 ədəd müxtəlif markalı siqaretlər, 3980 qutu elektron siqaret, üzərində “Azərbaycan Respublikası, alkoqollu içkilər, idxal” yazıları olan 20 min ədəd aksiz markaları, 24 ədəd müxtəlif markalı mobil telefonlar və 17 ədəd qidalandırıcı cihaz , 6 ədəd smart saat, 55 ədəd kabelsiz əlaqə vasitəsi (ratsiya) və qidalandırıcı cihaz aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR