Tovuzda bir ailənin 3 üzvü zəhərləndi

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, zəhərlənmə faktı rayonun Qovlar şəhərində qeydə alınıb.

1976-cı il təvəllüdlü Aygün Hüseynova, 1970-ci il təvəllüdlü Ağgül Rüstəmova və 2008-ci il təvəllüdlü Hüseynova Mədinə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR