"Çox adam bu kürsüdə oturmaq istəyirdi" -

"Qınaqlara cavab vermək mənlik deyil amma bu insanların fikridir. Necə istəyirlər qəbul etsinlər, xarakterimdə də yoxdur ki, rəyləri oxuyum. Mən sadəcə başımı aşağı salıb işimi görürəm. Bilirəm ki, bu işin öhdəsindən yaxşı gəlirəm. Çox insan bu kürsüdə oturmaq istəyirdilər, İTV-dən təklifi alanda dedim həqiqətən özümü evdəki kimi hiss edəcəm. Heç də yanılmadım".

Metbuat.az xəbər verir ki, bu fikirləri "MTV Azərbaycan" telekanalına açıqlamasında "Səs Azərbaycan" müsabiqəsinin qalib münsifi, müğənni Eldar Qasımov bildirib. İfaçı ustad olmaq üçün yaşın önəmli olmadığını bildirib:

"Ustadlarımla birgə çox rahat hiss etdim özümü. Çünki bilirdim ki, deyiləsi sözümü elə orda deyəcəm. Susmaqla və işimi görməklə cavab yaxşısı idi. İt hürür karvan keçir. Mən kiminsə xoşuna gəlmək üçün heç bir addım atmıram. Içimdən gəlir, bilirəm ki bacarıram və bunu edirəm. Əfsuslar olsun ki, sovet vaxtının qalıqlarıdır. Bizdə cəmiyyətdə belə bir fikir var ki, ustad olmaq üçün, hansısa bir pilləyə çatmaq üçün sənin gərək 80 yaşın olmalıdır. Sən oranı, buranı gəzməlisən. Ağıl yaşda deyil, başdadır. Məndən yaşda balacalar var ki, o qədər təcrübə alıblar ki, mənə də ustadlıq edə bilərlər. Məndən yaşdılar var ki, belə baxıram çənəm aşağı düşür!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR