Türkiyədə ağır qəza,

Türkiyənin Sivas vilayətinin Şarkışla rayonunda ağır qəza baş verib.

Metbuat.az xəbər verir ki, sərnişin avtobusu yolun buz bağlaması səbəbindən dayana bilməyib və qarşısındakı TIR-a çırpılıb.

Yük maşınının qoşqusunda ilişib qalan avtobusun sürücüsü ölüb, ikisi ağır olmaqla, beş nəfər xəsarət alıb.

Qəza Sivas-Kayseri avtomobil yolunun Şarkışla rayonu çıxışında baş verib.

Yaralılar Sarkışla və Sivas xəstəxanalarına aparılıb. Qəza ilə bağlı araşdırmalar davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR