Bakıda avtomobildən 90 ədəd qol saatı oğurlandı

Bakıda avtomobildən 90 ədəd qol saatı oğurlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə fevralın 3-nə keçən gecə B.Nuriyev küçəsində “Mercedes” markalı bir avtomobildən 1800 manat dəyərində 90 ədəd qol saatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əıməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş V.Sultanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılılıb.

Şəxsi axtartış zamanı ondan da metamfetamin götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR