Dəfn mərasimi zamanı qızdan ŞOK TƏLƏB: Cəsəd ortalıqda qaldı -

Türkiyənin İsparta vilayətində 75 yaşlı şəxsin dəfn mərasimi zamanı qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, sakinlər tabutu qaldıraraq, cəsədi dəfn etməyə apararkən, ölən şəxsin qızı buna etiraz edib. O, cəsədin ekspertizadan keçirilməsini tələb edib.Nəticədə tabut bir saat ortalıqda qalıb. Məlumata görə, 75 yaşlı ata evdə tək yaşayırmış. Bu üzdən qızı onun ölümündə şübhəli hal ola biləcəyini irəli sürüb.

Həkimlər isə bildirib ki, 75 yaşlı şəxsin ölümü təbii yollarla olub. Ardınca rəsmi dairələrin nümayəndələrinin cəhdlərindən sonra qız razılıq verib və cəsəd dəfn edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR