“Mənim kimi bir xanım sevgilisiz qalar?” - Mənə 10 min qızılgül göndərib... - FOTOLAR

“İnsan kövrəlir ki, yaş üstünə yaş gəlir, ömürdən gündən gedir. Özümə can sağlığı arzu edirəm”.

Metbuat.az xəbər verir ki, bu sözləri Olay.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən müğənni Mətanət Əsədova deyib.

“Unudulmaz ad günümdə mənim üçün yanımda əvəzolunmaz insanlar var idi. O mənim yadımdan çıxmır”, - deyə, bildirən Əsədova bu gün məclis keçirməyəcəyini bildirib:

“Hər zaman ad günümü sevgililər günündə qeyd edirəm. Mənim kimi bir xanım sevgilisiz qalar yəni? Sevdiyim də var, sevirəm də. Çox xoşbəxtəm!”.

Sənətçi ona verilən hədiyyələrdən də söz açıb:

“Ürəklə, qəfil sürpriz etməyi mənim kimi kimsə mənə edə bilməz. Mənim üçün belə şeylər ediblər, amma o cəsarət, hünər yalnız məndə ola bilər. O ürək sahibi yalnız özüməm!

Qızıldan, brilliantdan da qiymətli gül çələngi gəlib mənə. Onu məni çox sevən bir insan göndərib. 10 min 1 qızılgül gəlmişdi, onun da qiymətini hesablayın görün nə qədər edir... Nəinki mənim, ad günümdəki qonaqlarım dəhşətə gəlmişdi. Heyif ki, gül gəlir, solur. İnsanın ömrü bir gül qədər deyil”.

Qeyd edək ki, Mətanət Əsədova 1970-ci ildə Göyçayda anadan olub. Sənətçi müğənnilik fəaliyyətinə Bakıya köçəndən sonra 1990-ci ildən başlayıb. İlk mahnısını 1994-ci ildə oxuyub. Azərbaycanın Xalq Artisti Alim Qasımovun tələbəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR