Rusiya ABŞ-a nota verdi

ABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Metbuat.az əbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Hərbi attaşenin nazirliyə çağırılmasına səbəb Kuril arxipelaqına daxil olan Urup adasının yaxınlığında ABŞ Sakit Okean Donanması qüvvələrinin "Virciniya" tipli nüvə sualtı qayığının aşkar edilməsidir.

Sualtı qayığın ekipaj üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar. Rusiya Müdafiə Nazirliyi amerikalı attaşeyə etiraz notası təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR