Alim Qasımovun bu ifası ƏRDOĞANI DUYĞULANDIRDI -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Dubayda keçirilən "Expo-2020" sərgisində olub və Azərbaycan pavilyonunu ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat yayıb. O bildirib ki, ziyarətdən sonra Ərdoğan Azərbaycan pavilyonunu dəyərləndirib:

"Azərbaycan pavilyonunda olduqca gözəl hazırlıq görülüb. Hələ Fərqanə və atasının təqdimatı bizi çox duyğulandırdı. “Sarı gəlin”lə işi taclandırdılar. Qardaş can Azərbaycanın buradakı gözəl işləri bizim üçün də fəxrdir. Allah yar və yardımçıları olsun”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR