Çempionlar Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

Metbuat.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İlk görüşdə "İnter" İngiltərə "Liverpul"unu qəbul edəcək. "Cuzeppe Meatsa" stadionunda oynanılacaq görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Gecənin digər oyununda Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılşacaq. Matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq.

UEFA Çempionlar Liqası, 1/8 final

16 fevral

00:00 "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

00:00. "Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya "Real Madrid"ini 1:0, İngiltərə "Mançester Siti"si isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR