Deputatın qalmaqallı görüntüsü yayıldı:

Millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib. Deputat onu ölümlə hədələyən şəxslərə səslənib.

Metbuat.az xəbər verir ki, əlində oyuncaq dinozavr ilə canlı yayımda “Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə odlu-alovlu çıxışlar edib. O daha sonra oyuncağı kənara qoyaraq sözlərini belə davam etdirib:

“Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm".

Qeyd edək ki, Tahir Kərimlinin bu çıxışı ilə bağlı onunla əlaqə saxlamaq istəsək də, telefonunu söndürdüyündən cəhdimiz baş tutmadı.

Sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən deputatın videosunu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR