Nazir “Qarabağ” futbolçuları ilə görüşdü

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Qarabağ”ın futbolçuları ilə görüşüb.

Metbuat.az xəbər verir ki, səfir "Olimpik" Marsellə oyun öncəsi "Qarabağ" futbol klubuna uğurlar arzulayıb.

"Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır", - diplomat bildirib.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Qeyd edək ki, “Velodrom”da keçiriləcək görüş matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 24-də təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR