​Mətbuat katibləri Metbuat.az-ın fəaliyyətindən danışdılar -

Ölkənin sosial-iqtisadi, siyasi həyatında baş verən hadisələrə daima operativ reaksiya göstərən Metbuat.az saytının fəaliyyətə başlamasından 5 il ötür.

Metbuat.az xəbər verir ki, bu özəl gündə dövlət və özəl qurumlarının mətbuat xidmətlərinin rəhbərləri saytımızın fəaliyyətindən danışıblar. Onlar saytımızın yubileyini təbrik ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev dedi ki, işləriniz hər zaman ASAN olsun.

“Dəyərli “Metbuat.az” kollektivini təbrik edir, hər birinizə uğur arzulayıram. 5 il uzun müddət olmasa da, “Metbuat.az” bu müddətdə 5 qiymətinə layiq fəaliyyət göstərib. Əminəm ki, peşəkar fəaliyyətiniz müddətində daim xoş münasibətə, oxucu sevgisinə nail olacaqsınız. İşləriniz hər zaman ASAN olsun.

"ASAN xidmət"in fəaliyyətinə verdiyiniz dəstəyə, yeniliklərimiz, layihələrimiz haqqında ictimaiyyəti daim dolğun məlumatlarla təmin etdiyinizə görə təşəkkür edirik”.

Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev “Metbuat.az”a ən səmimi təbriklərini belə ifadə etdi:


Metbuat.az” saytı və onun kollektivi mənim üçün doğma və əzizdir. Eyni zamanda önəm verdiyim və gündəlik izlədiyim saytlardandır. Bu təkcə ona görə deyil ki, həmin saytla əməkdaşlığımız və kollektivi ilə münasibətlərimiz var, bu həm də və ən əsası ona görə belədir ki, həmin sayt fəaliyyətini qanunvericiliyin və əxlaq normalarının tələblərinə, eləcə də milli maraqlara uyğun qurur, ictimaiyyəti maraqlandıran məlumatların operativ və obyektiv dərc olunmasını təmin edir, əməkdaşları isə məsuliyyətli olmaqla dəyərli peşələrini- şərəfli jurnalist adını uca tuturlar, eləcə də saytlarının və özlərinin nüfuzunu ləyaqətlə qoruyurlar. “Metbuat.az” saytına hərtərəfli uğurlar, onun kollektivinin üzvlərinə isə can sağlığı və firavan həyat diləyirəm”.

Unibank KB İctimaiyyətlə əlaqələr və Media şöbəsinin müdiri Sülhiyyə Şirinova kollektivimizə uğurlar arzuladı.


Metbuat.az” saytı xəbər saytlarımız içərisində özünəməxsus yeri, xəbərə yanaşması ilə geniş oxucu kütləsinin marağını qazanıb. Çox təqdirəlayiqdir ki, son illərdə hər zaman yüksək reytinqi ilə fərqlənib. “Metbuat.az” ailəsini ilk yubiley yaşı münasibətilə təbrik edirəm. Qiymətiniz hər zaman “5” olsun, 10, 15 yaşınızda da reytinqlərdə ilk sıralarda olasınız və oxucularınız daha da artsın. Komandanıza daha da genişlənməyi, daha böyük uğurlara imza atmağı arzulayıram. Arzu edirəm ki, hər zaman ölkəmizlə, şirkətlərimizlə, vətəndaşlarımızla bağlı gözəl xəbərləri oxuduğumuz ilk xəbər saytlarından olmaqda davam edəsiniz!”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi,mətbuat katibi Teymur Mərdanoğlu “Metbuat.az”ı hadisələrə peşəkar yanaşması ilə qiymətləndirdi.

“Əvvəlcə onu deyim ki, səhər saatlarında işə gələn kimi, baxıb oxuduğum saytlardan biri də, “Metbuat.az”dır. İnformasiya agetliyində çalışan bütün həmkarlarımı, başda “Metbuat.az”ın təsisçisi və direktoru Ramil Mirzəyev olmaqla bütün kollektivi 5 illiyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Düzdür bir media orqanı üçün, 5 yaş çox olmasa da günümüzdə onlayn medianın getdikcə çoxaldığı bir zamanda, sevilməyi və oxucuların seçimi olmağı bacarmısınız. Saytınızın oxunaqlı olmasının əsas səbəblərindən biri də hər zaman xəbəri mənbəyindən dəqiqləşdirib yaymağınızdır ki, bu da kollektivinizin peşəkarlardan ibarət olmasının göstəricisidir. İnanıram ki, Azərbaycan mətbuatının inkişafına, oxucuların obyektiv və qərəzsiz xəbər ehtiyaclarının ödənilməsi üçün bundan sonra da “Metbuat.az”ın əməkdaşları əzmlə çalışacaq. Çətin və şərəfli peşənizdə kollektivinizin bütün əməkdaşlarına uğurlar arzulayıram”.

Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Metbuat.az”a daha da oxunaqlı olub, etibar edilən saytlar sırasında daima ön sırada olmağı arzu etdi.


“Media nümayəndəsi üçün 5 il elə də böyük zaman deyil. Lakin “Metbuat.az” saytı fəaliyyət göstərdiyi 5 il ərzində ölkənin öndə olan mətbu orqanına çevrilə bilib. Dərc etdiyi maraqlı, operativ xəbərlər, araşdırmalar, maraqlı layihələr mətbuatla sıx işləyən insanlarla yanaşı, oxucular tərəfindən də rəğbətlə qarşılanır. Kapital Bank adından və şəxsən öz adımdan “Metbuat.az” saytını 5 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Gələcək fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR