Yanğında xəsarət alan 3 yaşlı uşaq vəfat etdi

Samux rayonunda yanğın zamanı xəsarət alan üç yaşlı uşaq xəstəxanada vəfat edib.

Metbuat.az-ın xəbərinə görə, yanğın bu gün rayonun Seyidlər kəndində baş verib.

Üç otağlı evdə baş verən yanğın zamanı yanıq xəsarətləri alan 2019-cu il təvəllüdlü Bakir Emin oğlu Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasın dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR