Türkiyə Rusiyaya sanksiya tətbiq edəcək? - Ərdoğan qəti mövqeyini açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, jurnalistin “Türkiyə Rusiyaya qarşı sanksiya tətbiq edərmi?”sualına, Ərdoğan belə cavab verib:

“İstəyirik ki, Qara dəniz qonşumuz Rusiya və Ukrayna tezliklə danışıqlara başlasın. İki dövlətdən də vaz keçməyimiz mümkün deyil. Rusiya ilə həm iqtisadi həm, siyasi həm də, hərbi əlaqələrimiz var. Ukrayna ilə də eyni formada əlaqələrimiz var. Nə Rusiyadan nə də Ukraynadan vaz keçə bilərik. Çünki Türkiyənin bu ölkələrlə maraqları böyükdür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR