Magistr olmaq istəyənlər üçün ikinci şans imtahanının vaxtı bəlli oldu

"Magistraturaya qəbul imtahanı üzrə də bakalavrlara ikinci dəfə imtahan vermək imkanı yaradılacaq"

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti imtahanın mayın 29-u keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının I cəhdi fevral ayının 20-də baş tutub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)