Fevralın 20-də keçirilən magistraturaya qəbul imtahanında kitabçanı aparan şəxslər də müəyyənləşib və onların nəticəsi ləğv olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib:

"Bununla bağlı qərar vermişəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, magistraturaya qəbul imtahanın ilk cəhdində 4 nəfər sual kitabçasını özü ilə aparıb.