"Formula 1" üzrə Rusiya Qran-prisi ləğv edilib

"Formula 1" üzrə Rusiya Qran-prisi ləğv olunub.

Metbuat.az xəbər verir ki, bu barədə "Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.

Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.

Qeyd edək ki, Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR